İtaliyanın ən çox qazanan məşqçisi odur

İtaliya “A” seriyasının ən yüksəködənişli məşqçilərinin siyahısı müəyyənləşib. Apasport.az saytının “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, reytinqə “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri başçılıq edir.

 

“Qoca Sinyora”nın çalışdırıcısının illik qazancı 7 milyon avrodur.

 

Siyahıda ikinci yeri “İnter”in baş məşqçisi Luçano Spaletti tutur. O, ildə 4 milyon, “Milan”ın baş məşqçisi Vinçentso Montella isə 3 milyon avro qazanır.

 

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma”nın baş məşqçisi  Eusebio Di Françesko isə ildə 1,5 milyon avro ilə dördüncü pillədə qərarlaşıb.

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>