Sizin link burada

Ronaldonun qəribə yuxu rejimi

Həkim və idman sağlığı üzrə mütəxəssis Nik Litlxeys Kristian Ronaldonun qəribə yuxu rejimi haqqında açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, ekspert Karlo Ançelotti “Real”a rəhbərlik etdiyi vaxt onun xüsusi dəvəti ilə Ronaldonun şəxsi həkimi olub.

 

Həkimin sözlərinə görə, portuqaliyalı ulduz gecə yuxusuna qədər gün ərzində 7.5 saat əlavə yatırmış. Maraqlıdı ki, o, bunu 1.5 saat 5 ayrı hissədə edirmiş. Həkim hətta ona xüsusi yatış pozası da təyin edibmiş. Belə ki, Ronaldo hər saat yarımdan bir yeni yataq dəstində həm də embrion formasında yuxuda olurmuş.

 

Gecə yuxusuna yarım saat qalmış isə futbolçu beynini və fikrini məşğul etməmək üçün televiziyaya baxmağı dayandırır.

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>