NATO Hərbi Komitəsinin rəhbəri və Rusiya Baş Qərargah rəisi görüşdü - BAKIDA

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel arasında bu gün Bakıda görüş keçirilib.

 

APA-nın xəbərinə görə, Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, görüşdə Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

 

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO Hərbi Komitəsinin rəhbərini keçiriləcək “Qərb-2017” strateji təlimlər barədə ətraflı məlumatlandıraraq, onların planlı və müdafiə xarakterli olduğunu, üçüncü ölkələrə yönəlmədiyini vurğulayıb.  Valeri Gerasimov təlimlərin əsas məqsədinin Rusiya-Belarus müttəfiq dövlətin təhlükəsizliyinin təmin edilməsi olduğunu qeyd edib.  

 

Görüşdə tərəflər təmasları davam etdirməyə qərar veriblər. 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>