Sizin link burada

"Bu danışıqlar Azərbaycana olan etimadın nümunəsidir" - Prezident

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
 
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, dövlət başçısı Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla qərbli həmkarları arasında Bakıda növbəti görüşün keçirilməsi üçün Azərbaycan tərəfinin məmnunluqla şərait yaratdığını vurğulayıb və qeyd edib ki, bu danışıqlar risklərin qarşısının alınması, qarşılıqlı etimadın möhkəmlənməsi işinə xidmət edir: "Biz qlobal miqyasda ümumi gərginliyin azaldılmasında maraqlıyıq və Bakıda artıq ikinci dəfədir ki, bu mühüm danışıqların keçirilməsindən məmnunluq hissi duyuruq. Bu danışıqlar həm Azərbaycana olan etimadın nümunəsidir, eyni zamanda, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisidir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında bütün digər sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq həyata keçirilir". 
 
 
Prezident İlham Əliyev iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib və qeyd edib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun səfəri gündəlikdə duran məsələlərin və əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradır.
 
 
Valeri Gerasimov Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının bütün sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahələrdə də uğurlu əməkdaşlıq həyata keçirdiyini deyib. O qeyd edib ki, ölkələrimiz arasında ənənəvi olaraq dostluq münasibətləri mövcuddur və Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır.
 
 
 
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
 

 

14:41

 

Prezident İlham Əliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Lent.az-ın məlumatına görə, bu barədə AzərTAc məlumat yayıb. 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>