Sizin link burada

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıdadır

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıya gəlib.

 

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Müdafiə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Valeri Gerasimov NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə danışıqlar aparmaq üçün Bakıya səfər edib: "Danışıqlar zamanı beynəlxalq təhlükəsizliyinin aktual məsələlərinə dair müzakirələr aparılacaq".

 

Məlumatda Gerasimovun Azərbaycan prezidenti İlham Əliyevtərəfindən qəbul ediləcəyi və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəciməddin Sadıkovla görüşəcəyi bildirilir.

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>