Sizin link burada

"Qarabağ"- "Roma" oyununun biletləri satışa çıxır - DƏQİQ VAXT

Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda “Qarabağ”ın  “Roma”yla matçının biletlərini bu gün saat 17:00-dan etibarən satışa çıxacaq.

 

Lent.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə,  azarkeşlər biletləri  aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəklər. Biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.

 

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:

VIP – 50 AZN

Kateqoriya 1 – 20 AZN

Kateqoriya 2 – 10 AZN

Kateqoriya 3 – 5 AZN

Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri:

Asan Xidmət Mərkəzləri Heydər Əliyev Sarayının kassası 28 Mall Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

 

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>