"“Qarabağ”a transferim xüsusi bir şey deyil" - Qurban Qurbanovun oğlu

“Qarabağ”ın U-19 komandası “Neftçi”dən Ağdam klubunun əsas komandasının baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlını transfer etməklə diqqət çəkib. Lent.az Qafqazinfo-ya istinadən xəbər verir ki, UEFA Gənclər Liqasına qatılacaq Rəşad Sadıqovun məşqçilik etdiyi 19 yaşlıların iştirak ərizəsi artıq qitə futbol qurumuna təqdim edilib. 
 
Siyahıda adı olan Musa Qurbanlı  atasının əsas komandasına baş məşqçilik etdiyi Ağdam klubuna transferindən danışıb: “Əslində “Qarabağ”a transferim xüsusi bir şey deyil. Atamın qərarını gözləyirdim. U-19 komandasının baş məşqçisi Rəşad Sadıqovun təklifi və istəyi də rol oynadı. Razılıq da olunca “Qarabağ”a gəldim”.
 
Gənc  oyunçu UEFA Gənclər Liqasında oynamaq üçün “Qarabağ”a gəlmədiyini bildirib: “Mən sırf UEFA Gənclər Liqasında oynamaq üçün “Qarabağ”a gəlməmişəm. Sadəcə inkişaf etmək üçün, daha irəli getmək üçün burdayam. Transfer ediləndə də məqsəd bu olmayıb. Gənclər Liqasında oynayacağım da dəqiq deyil. Sadəcə adım siyahıda var. Əlbəttə ki, belə komandalara qarşı oynamaq böyük fəxrdir, təcrübədir. Şans qazansam, təbii ki, sevinəcəm”.

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>