Sizin link burada

Canlı efirdə "Pişik" Günelin sözünü yarımçıq kəsdilər: "Yıxıb sürüyərəm"

Müğənni “Pişik” Günel (Ələkbərova) “APA TV”-nin “Show time” verilişinin qonağı olub. Lent.az-ın məlumatına görə, verilişdə şəxsi həyatından danışan ifaçı gözlənilməz halla qarşılaşıb. Belə ki, digər qonaqlar müğənni Murad Sadıx və jurnalist Şahin Cavadsoy müğənninin sözünü yarımçıq kəsiblər. İfaçı isə “Yaxşı, mən danışmıram, siz danışın” , deyərək susub. Daha sonra nə söyləyəcəyini unudan Günel fikirlərini bu cür izah edib:

 

 “Mənim hər kəslə münasibətim yaxşıdır. Mənə kiminsə şəxsi həyatı maraqlı deyil. Yetərki ayağımı tapdalamasınlar. Ayağımı tapdalayanı yıxıb sürüyərəm. Hətta hansısa müğənni ilə bağlı sual veriləndə deyirəm ki, bu mənim həddimə düşməz”.

 

O bildirib ki, şəxsi həyatı zaman-zaman mətbuatda müzakirə edilir: “Jurnalistlərlə aramda heç bir problemim yoxdur. Amma bəzi jurnalistlər istəmədən şəxsi həyatımı mətbuatda müzakirə etdilər. İnstaqram səhifəmdə paylaşdığım statusları min yerə yozub, xəbər yazdılar”. 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>