"Çelsi" Bakı səfəri üçün azarkeşlərinə güzəşt etdi

"Çelsi" klubu Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la Bakıda keçiriləcək oyunda iştirak etmək istəyən azarkeşlərinə güzəşt edib.

 

Qol.az-ın klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə,  Bakıya səyahət paketlərinin qiyməti ucuzlaşdırılıb.

 

Bakıda gəzinti və 1 gecə 4 ulduzlu oteldə qalmağın da daxil edildiyi paket bir adam üçün 359 funt-sterlinqdən (760 manat) başlayır.

 

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 22-də keçiriləcək.

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>