Azərbaycan millisinin baş məşqçisi istefaya göndərildi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə istefa verib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, mütəxəssisin müqaviləsi qarşılıqlı razılıqla ləğv edilib.

 

Yığmamızın AÇ-2019-un seçmə mərhələsi çərçivəsində İsrail və İrlandiya ilə oyunlarından sonra çalışdırıcı AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib. Hər iki qarşılaşmadakı məğlubiyyətin (1:3) hesabatı dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməsi qərara alınıb.

 

Qeyd edək ki, Yaşar Vahabzadə U-21-in baş məşqçisi kimi 15 oyun keçirib. Bu görüşlərdən 2-də qalib gəlib, 3-də heç-heçə çalışdırıcı 10 dəfə məğlub olub.

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>