Sizin link burada

® Azercell Kanada ilə əməkdaşlığı genişləndirmək imkanı qazandı

 

Şirkətinin prezidenti və digər rəsmilər Kanadanın Ontario əyalətinin Tədqiqat, İnnovasiya və Elm naziri ilə görüş keçirib

Azercell Telekom MMC Kanadanın Ontario əyalətinin Tədqiqat, İnnovasiya və Elm naziri cənab Reza Moridi-nin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azercell rəsmiləri şirkətin prezidenti cənab Vahid Mürsəliyevin rəhbərliyi altında 5 sentyabr 2017-ci il tarixdə şirkətin baş ofisində Kanadadan olan nümayəndə heyəti ilə görüş keçirib. Mehriban şəraitdə keçirilən görüş nazir Reza Moridi və Kanadadan olan nümayəndə heyətinin Azərbaycana, xüsusilə ölkənin sürətlə inkişaf edən mobil rabitə sektoruna göstərdiyi maraq çərçivəsində reallaşıb. Tərəflər Ontarioda fəaliyyət göstərən qurumlar və Azercell Telekom arasında mobil texnologiyalar, innovasiyalar, sahibkarlıq, insan qaynaqları və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif imkanları müzakirə ediblər.      

Qeyd edək ki, Ontario əhali sayına görə Kanadanın ən böyük, ərazisinə görə isə 2-ci ən böyük əyalətidir. Hazırda ölkə əhalisinin təxminən 40%-i bu əyalətdə yaşayır. Kanadanın paytaxtı Ottava şəhəri və əhalinin ən sıx məskunlaşmış şəhəri olan Toronto bu əyalətdə yerləşdir. OntarionunTədqiqat, İnnovasiya və Elm Nazirliyi elmi kəşflərin, yeni texnologiya və məhsulların kommersiya yönümlü tətbiqinə dair işlər görür, həmçinin yeni iş yerlərinin açılması və əyalətin iqtisadi inkişafına dəstək vermək məqsədilə universitetlərdə, kollec və  xəstəxanalarda fəaliyyət göstərən tədqiqat qrupları, sahibkarlar və biznes liderləri ilə sıx əməkdaşlıq edir. 

Görüş zamanı nazir Reza Moridi Kanadanın Hökümət strukturu, ölkədə son illər ərzində müşahidə edilən iqtisadi inkişaf və Ontario əyalətinin İKT sahəsində əldə etdiyi uğurlar barədə məlumat verib. O həmçinin 5G texnologiyasının tətbiqi, kiber təhlükəsizlik, süni intellektin və M2M texnologiyalarının (sürücüsüz avtomobil və s.) inkişafına dövlət tərəfindən xüsusi diqqət ayrıldığını və bu sahələrə iri həcmli investisiyaların qoyulduğunu qeyd edib. Nazir bildirib ki, Azercell şirkətinin naqilsiz rabitə texnologiyaları sahəsində əldə etdiyi uğurları nəzərə alaraq, Kanada şirkətləri ilə əməkdaşlığın həm şirkət üçün, həm də bütövlükdə Azərbaycan üçün faydalı olacağını hesab edir.

Öz növbəsində Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev nazir Reza Moridi və nümayəndə heyətinə ziyarətə və Azercell-i tərəfdaş şirkət hesab etdiklərinə görə öz minnətdarlığını bildirib. V. Mürsəliyev  inkişaf etmiş Ontario əyaləti ilə Azərbaycanın qabaqcıl mobil operatoru və Cənubi Qafqaz regionunda İnnovativ Mobil Texnologiyalar sahəsində pioner şirkət sayılan Azercell Telekom arasında tədqiqat və innovasiya sahəsində əməkdaşlıq üçün xeyli sayda imkanların mövcudluğunu qeyd edib.  Şirkətin prezidenti bildirib ki, bu əməkdaşlıq həmçinin Azercell abunəçilərinə yeni üstünlüklər gətirə bilər. Cənab Mürsəliyev Azercell-in telekommunikasiya sektoruna verdiyi tövhələrdən və İKT sahəsində düyanın ən peşəkar mütəxəssisləri sırasında olan şirkətin mühəndislərinin nailiyyətlərindən bəhs edib.

V.Mürsəliyev bildirib ki, Azercell hər bir vətəndaşın işini və həyatınını daha da rahat etmək üçün təhlükəsiz və innovativ texnoloji gələcəyin qurulması istiqamətində əməkdaşlıqlara açıqdır. 

Görüşün sonunda xatirə fotosu çəkildi.

 


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz  

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.  

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>