Sizin link burada

Almaniyanın məşhur fotoqrafı Azərbaycana kitab həsr etdi

Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Azərbaycanda qonaq olarkən" kitabı çap olunub. Müəllif - Almaniyanın məşhur fotoqrafı və yazarı Barbara Lyuterbek kitabda Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi və adət-ənənələri haqqında məlumat verir. Eyni zamanda oxucuları kitabda öz səfər qeydləri və Azərbaycan milli mətbəxinin ləziz nümunələri ilə tanış edir.

Barbara Lyuterbek Kölndə yaşayan azərbaycanlı ailə ilə tanış olduqdan sonra ölkəmizə səfər etməyə maraq göstərib. "Mən Kölndə, Samirə və Elnarə İsmayılova adlı iki bacı ilə yaxından tanış oldum. Samirə neçə illərdir ki, Almaniyada Azərbaycan diasporunun fəal üzvlərindəndir və Azərbaycan mədəniyyətinin təbliği ilə məşğuldur. Elnarə isə məşhur pianoçudur və bir çox musiqi müsabiqələrinin laureatıdır. Onlar söhbət zamanı Azərbaycan haqqında malik olduqları dərin bilikləri bölüşdülər, beləliklə də mənə və həmvətənlərimə yad olan, lakin gözəlliklərlə zəngin bu ölkəyə qarşı məndə böyük maraq yaratmağa nail oldular. Bu maraqlı söhbətlərin nəticəsi olaraq Azərbaycana səfər etmək qərarına gəldim. Bu səfər o zaman Samirə xanımın rəhbərlik etdiyi Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 2014-cü ildə baş tutdu.

 Səfər çərçivəsində Bakı şəhəri və bir sıra rayonlarda oldum. Hər zaman olduğu kimi, özümlə fotokameramı götürmuşdüm. Azərbaycanda olduğum müddətdə ölkənizi tərənnüm edən kifayət qədər zəngin foto material topladım və səfərin yekununda Azərbaycan haqqında həmvətənlərimlə öz təəssüratlarımı bölüşmək üçün kitab nəşr etmək qərarına gəldim.

 Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə biz ingilis və alman dillərində kitab layihəmizi Almaniyada məşhur "Vinand" nəşriyyat evi tərəfindən nəşr etdirməyə müvəffəq olduq. Nəşriyyatın təşəbbüsü ilə «Azərbaycanda qonaq olarkən» kitabı artıq Avropanın bir sıra böyük şəhərlərinin kitabxanalarına hədiyyə kimi təqdim olunub.

 "Azərbaycanda qonaq olarkən" kitabı keçən il böyük uğurla ənənəvi "Frankfurt Kitab Sərgisi" çərçivəsində təqdim edilib. 2016-cı ilin sonlarında,  "Beynəlxalq Mətbəx Kitabları Mükafatı" təşkilatı kitabı "Şərqi Avropa Mətbəxi" kateqoriyasında "İlin ən yaxşı kitabı" nominasiyasına layiq görüb.

 

2017-ci ilin ilk aylarından etibarən "Azərbaycanda qonaq olarkən" kitabı böyük müvəffəqiyyətlə Almaniyanın bəzi şəhərlərinin kitab dükanlarında və onlayn mağazalarda  satılmaqdadır. Bu maraqlı kitabı oxucularımız və şəhərimizin qonaqları paytaxtımızın bir sıra kitab dükanları və muzeylərindən, eyni zamanda, sosial şəbəkələrdəki rəsmi səhifələrdən (A guest in Azerbaijan) əldə edə bilər.

 

 

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>