Sizin link burada

Azərbaycanlı müğənni: “Mahnını öncə anama göstərirəm" - VİDEO

Müğənni Murad Sadıx barəsində gəzən söz-söhbətlərdən danışıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan ifaçı bildirib ki, onun ifa tərzini bəyənməyənlər var: “Guya deyirlər ki, mən mahnı oxuyanda çığırıram. O sözü deyən insanlara demək istəyirəm ki, gəlin bərabər qışqıraq, görüm mənim oktavama səsi çatar? Ona görə də bu cür şeylərə fikir vermirəm”.

 

İfaçı onu da əlavə edib ki, mahnılarını tək özü seçmir: “Mən mahnını oxumadan öncə onu anama göstərirəm, o bəyənəndən sonra yazdırıram. Bəstəkarlar mənə pis mahnını təqdim edən zaman deyirəm ki, bu, mənlik deyil”.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>