Dərmanlar “Pişik” Güneli bu hala saldı - VİDEO

 

“Heç bir əməliyyat etdirməmişəm. Sadəcə, dərman qəbul edib arıqlamışam”. Lent.az-ın məlumatına görə, bu sözləri “APA TV”-nin “Show time” verilişində qonaq olan müğənni “Pişik” Günel Ələkbərova deyib. O bildirib ki, bu günə qədər elə də çox plastik əməliyyat etdirməyib: “Əslində, elə də çox əməliyyat etdirməmişəm. Bunu mənim həkimim də qeyd edə bilər. Bir burun və dodaq kiçiltmə əməliyyatım olub. Amma nədənsə hamı elə bilir ki, hər yerim əməliyyatdı. Ən çox əməliyyat keçirən məşhurlar siyahısında mən 1-ci, 2-ci yerlərdə deyiləm. Ümumiyyətlə, o siyahıda özümü görmürəm. Çünki elə müğənnilərimiz var ki, özlərini sökdürüb, təzədən yığdırıblar. Sadəcə, bunu işıqlandırmırlar”.

 

Xeyli çəki verən Günel arıqlamaq üçün dərman qəbul etdiyini də dilə gətirib: “Son vaxtlar kökəlmişdim. Uşağımın artıq qalan yeməyini özüm yeyirdim. Bir müddətdir ki, o dərmanı qəbul edirəm, amma nə qədər arıqladığımı dəqiq deyə bilmərəm. Bu dərmanın mənə heç bir ziyanı yoxdur. Təbii dərmanla arıqlayıram. Gün ərzində 3 litr su içirəm. Hələ ki, tərəziyə çıxmamışam, çünki xeyli çəki verəndən sonrakı nəticəni görmək istəyirəm”. 

 

 

 

 

 

LENT

24 Sentyabr 2017

Digər xəbərlər >>>