Sizin link burada

Azərbaycanlı müğənni öz həyatından yazdı - VİDEO

Azərbaycanlı müğənni Ceyhun Əliyev yaradıcılığında yenilik edib. Lent.az-ın məlumatına görə, ifaçı müəllifi özü olduğu “10suz” adlı yeni mahnısını ekranlaşdırıb. Aranjimanı Elvin İmanova, miks-masterinqi isə Yaşar Baxışa məxsus olan yeni klipin rejissoru Fərhad Əlidir.

Ərsəyə gələn iş haqda danışan ifaçı mahnının yaranma tarixçəsindən bəhs edib:

“Əslində bu mahnı onsuz qaldığım 10 gün içərisində yaranıb. Hiss etdiklərimi bəstələdim və oxudum. Düzdür, insanlar həyatlarında çatışmayan şeylərdən şikayətlənirlər. Bəzən isə əksinə olur. Hər şey var, amma yenə də nəsə çatmır kimi davranırlar. Ancaq Allahıma çox şükür mənim heç bir şeydən narazılığım yoxdur. Bu dünyada nə baş verirsə Allahın istəyi ilə olur. Bu səbəbdən Rəbbimin göndərdiyi hər günə, yaşatdığı hər ana şükür edirəm”.

İfaçı qeyd edir ki, son aylar yazdığı az qala bütün musiqilər onun öz həyatından götürülüb: “Buna dostum Sevda Yahyayeva ilə birgə ifa etdiyim “Bal dadır” mahnım da sübutdur. Mahnımın səmimiyyəti hər kəsin qəlbinə yansıdı. Əksər insanlar nə hiss etdiyimi dərhal anladı. İfaya gərək ürək qoyasan”. 

LENT

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>