Sizin link burada

Manat dollara nisbətən bahalaşıb - 4 faiz

 

Bu ilin əvvəlindən manat dollara nisbətən 3,94% möhkəmlənib.


"APA-Economics" xəbər verir ki, cari ilin ilk iş günündə 1,7707 manat olan 1 dollar bu gün 1,7010 manat səviyyəsindədir.

 

Avqustda dollar manata nisbətən cüzi möhkəmlənib. Avqustun 1-də dollar 1,7009 manat olub.


Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçiriləcək.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>