Sizin link burada

Dünya şöhrətli aktyor kinodan gedir

Dünya şöhrətli italiyalı aktyor və rejissor Mikele Plaçido artıq kinoya çəkilməyəcəyini elan edib.

 

Lent.az-ın “kult.az”-a istinadən xəbərinə görə, Plaçido bu barədə “La Repubblica” qəzetinə verdiyi müsahibəsində deyib.

 

“Mən bir daha kinoda aktyor qismində işləməyəcəyəm, bu mənə maraqlı deyil. Bu il mənə iki ciddi film təklif etmişdilər, amma imtina etdim”, - aktyor bildirib.

 

Qeyd edək ki, Mikele Plaçido “Sprut” serialındakı komissar Katani roluna görə məşhurlaşıb.

LENT

19 Yanvar 2018
18 Yanvar 2018

Digər xəbərlər >>>