Nazpəri Dostəliyevanın evindən oğurluq edənlərdən daha biri tutuldu

Xalq artisti, müğənni Nazpəri Dostəliyevanın evindən seyf oğurlamış şəxslərdən daha biri həbs olunub. Bununla da  Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılanların sayı 4-ə çatıb.
APA TV-nin xəbərinə görə hadisədən bir sutka sonra Sumqayıt sakinləri, əvvəllər Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 127-ci (qəsdən sağlamlığa az zərər vurma) maddələri ilə məhkum edilən Hüseynli Yunis Hüseyn oğlu və Verdiyev Ruslan Əzizağa oğlu saxlanılıblar.
Cinayətkar qruplaşmanın daha iki mümkün üzvünün Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu və 1990-cı il təvəllüdlü Fərəcov Natiq Rafiq oğlunun olduğu müəyyən edilib. Hər iki şəxs Cinayət Məcəlləsinin 177 (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması) maddələri ilə məhkum ediliblər.
 
Dəstənin 5-ci üzvünün axtarışları davam edir. Qeyd edək ki, avqustun 27 -də
paytaxtın Nərimanov rayonu, Aşıq Alı küçəsi 22 ünvanında  seyfdən 20 min ABŞ dolları və 80 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanıb. Polisə bu barədə zərərçəkmiş kimi həmin ünvanda yaşayan, 1972-ci il təvəllüdlü Vüqar Məmmədov məlumat versə də, mənzilin xalq artisti Nazpəri Dostəliyeva məxsus olduğu bildirilir. Qeyd edək ki, zərərçəkmişə dəymiş maddi ziyanın hələlik çox az bir hissəsi qaytarılıb. 

LENT

24 Sentyabr 2017

Digər xəbərlər >>>