Sizin link burada

Ayazın mahnı qalmaqalı: "Mananadan, Səbinədən yaxşı oxumuşam" - VİDEO

Müğənni Ayaz Qasımov müzakirələrə səbəb olan “Can ay can” bəstəsi barədə danışıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq ifaçı bildirib ki, eyni bəstəni əməkdar artist Manana Çaparidze və müğənni Səbinə Babayevadan yaxşı oxuyub: “Mənim fikrimcə, bu mahnını ən yaxşı mən oxumuşam. Səbinə ilə Manana mənim dostumdur, xətirlərini çox istəyirəm. Amma aranjimana, sözlərə baxsaq, mənim ifamda daha uğurludur. Sözlərini də Murad Arif yazıb”.

 

A.Qasımovun bu sözlərinə həmkarı Roza Zərgərli də dəstək olub: “Manana da, Səbinə də dostumuzdur. Amma bu mahnı Ayaza, kişiyə daha çox yaraşır. Kişi mahnısıdır, qadın yox”.

 

Qeyd edək ki, bu bəstəni S.Babayevadan öncə A.Qasımov ifa etmişdi. Lakin S.Babayeva mediaya açıqlamasında bildirmişdi ki, bunu Ayazın ifasında heç eşitməyib. 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>