Sizin link burada

Tanınmış azərbaycanlı müğənni bu işə görə maşınını satdı - VİDEO

Müğənni Ayaz Qasımov yaradıcılığından danışarkən maraqlı açıqlamalar verib. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, sənətini davam etdirmək üçün illər öncə maşınını satıb: “Digərlərindən fərqli olaraq keçmişimlə fəxr edən adamam. Bu günə qədər heç kimin qarşısında əyilməmişəm və əyilmərəm də. Hər mənada bu gün gücüm buna çatıbsa, bunu etmişəm. Məqam olub ki, maşınımı satmışam, onun  pulunu layihəmə qoymuşam, albom çıxarmışam. Bu günə qədər 2 albomum var. Yəni az işlər görməmişəm. Bütün bunları Murad Arif bilir. Çünki o vaxtlar mənlə çalışırdı”.

 

A.Qasımov “şou-biznesdə tələbatlı müğənni” mövzusuna münasibət bildirib: “Tələbatlı olmaq heç də sənət meyarı deyil. Tələbatlı olmaq olar, amma ola bilər ki, müəyyən müddətdən sonra o tələbat itsin. Gərək ifaçının özünün qabında bir şey olsun ki, o tələbat bitdikdən sonra da yenidən o səviyyəyə qalxa bilsin. İstedad varsa, o nə zamansa üzə çıxacaq. Yoxsa kiminsə dəstəyi ilə və yaxud bir mahnı ilə tanınmış olursa, bu, elə də böyük göstərici deyil”. 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>