Sizin link burada

"Barselona"nın futbolçusu "Bursaspor"a keçə bilər

“Barselona”nın futbolçusu Duqlas karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi icarə əsasında “Bursaspor”da çıxış etmək niyyətindədi.

 

Klublar arasında razılıq əldə olunsa, braziliyalı karyerasını Superliqada davam etdirəcək. İlkin razılığa əsasən onun maaşının yarışını bursalılar, yarısını isə katatoniyalılar ödəyəcək.

 

Qeyd edək ki, 2014-cü ildə San-Paulodan transfer olunan Duqlas “Barselona”da əsas heyətə düşməkdə çətinlik çəkir. Bu üzdən də o, ötən mövsüm icarə əsasında “Xixon”da çıxış edib. 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>