Sizin link burada

Aygün və stilist Anardan küsülü olan Roza: "Barışan deyiləm" - VİDEO

 

Müğənni Roza Zərgərli şou-biznesdə küsülü olduğu məşhurlar barədə danışıb. Lent.az-ın məlumatına görə, APA TV-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, şou aləmində danışmadığı elə tanınmışlar var, onlarla heç vaxt barışmaz: “Elə həmkarım var ki, onunla heç vaxt barışmaram. Kim olur-olsun, qeyri-sənət nümayəndəsi də ola bilər. Mənim münasibətim kiminləsə pisləşirsə, dönüş nöqtəsinə qayıdacaq hala düşməyəcəksə, həmin insanlarla ömürlük danışmıram. İllərlə iki ifaçı xanımla küsülü olmuşam. Amma onlarla kulis arxasında barışmışıq. Çünki barışmağa arada pərdə olub”.

 

İfaçı aparıcının ünvanladığı “Aygün Kazımova və stilist Anar Ağakişiyevlə barışardın?" sualına isə belə cavab verib: “Tək onlarla küsülü deyiləm ki...Başqalarının adını da bilirsən. Bəs niyə onların adını çəkmirsən? İllər öncə olmuş bir şeyi yenidən danışmaq istəmirəm. Mən heç kimlə küsməmişəm, heç kimlə də barışan deyiləm. Elə onlarda eyni suala eyni cür cavab verə bilərlər. Biz onunla efirdə dalaşmışıq? Saç yolduya çıxmışıq?  Onlarla şəxsi münasibətimizin olub-olmadığını mən və əks tərəf qərar verir”.

 

Müğənni daha sonra şou-biznesdə onu gözü götürməyənlərin olduğunu deyib: “Son illərdə məşhur olmağa başlayandan sonra ətrafımda bəzi insanların xəstələndiyini gördüm. Başa düşürəm ki, biz böyüdükcə tənhalaşırıq. Biz gündəmdə olduqca, sağlam gündəmi zəbt etdikcə ətrafımızdakı bəzi insanlar xəstələnir. Və onlar səni sevməməyə başlayır. Həmin insanlar istəyirlər ki, pis olum. Bunlar normaldır. Bizim uğraşdığımız işlər boş şeydir. Xarici şou-biznesdə elə işlər var ki...”.

 

Qeyd edək ki, R.Zərgərli xalq artisti Aygün Kazımova və stilist Anar Ağakişiyevlə yanaşı Sevinc-Sevil bacıları ilə də illərdir küsülüdür. 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>