Sizin link burada

Avropada mövsümün ən yaxşı qolu müəyyənləşib

2016/2017 mövsümünün ən yaxşı qolu müəyyənləşib. Apasport.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Yuventus”un futbolçusu Mario Mandzukiçin Çempionlar Liqasının finalında “Real”a vurduğu qol digərlərini qabaqlayıb.

 

Belə ki, xorvatiyalı hücumçunun imza atdığı qol azarkeşlər arasında keçirilən sorğuda 26 faiz səs toplayıb.

 

Mussa Sounun “Fənərbaxça”nın “Mançester Yunayted”lə oyununda vurduğu qol 25 faiz səs toplayaraq, ikinci olub. İlk “üçlüy”ü isə “Real”ın yarımmüdafiəçisi Kasemironun "Napoli"yə vurduğu qol (20 faiz) tamamlayıb.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>