Sizin link burada

Emre Mor İspaniya klubuna keçdi - FOTO

 

Dortmund "Borussiya"sının türk futbolçusu Əmrə Mor karyerasını İspaniyada davam etdirəcək. Lent.az-ın Hürriyet.com.tr-yə istinadən verdiyi məlumata görə, İspaniyanın "Selta" klubu 20 yaşlı hücumçunu transfer edib. Tibbi müayinədən keçmək üçün İspaniyaya gedən gənc futbolçu ilə 2022-ci ilə qədər müqavilə imzalanıb. Bu transfer üçün "Selta"nın  Almaniya klubuna 12.5 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Ə. Mor ötən mövsüm "Borussiya"nın heyətində 19 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>