Prezident yol tikintisinə 8,5 milyon manat ayırdı

 

Prezident İlham Əliyev Astara rayonunda yol tikintisinə vəsait ayırıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı on iki min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon (səkkiz milyon beş yüz min) manatını “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayırıb.

 

Maliyyə Nazirliyinə və Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

LENT

24 Sentyabr 2017

Digər xəbərlər >>>