Sizin link burada

Yığmamızın hücumçusu qol vurdu, komandası uduzdu

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Almaniyanın "Ayntraxt" klubunun heyətində növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, milimizin gənc futbolçusu Frankfurt təmsilçisinin Gənclər arasında təşkil olunan Bundesliqanın Cənub zonasında "Hoffenhaym"la səfər matçının iştirakçısı olub.

 

I turdan təxirə salınmış oyunda qapılara 4 qol vurulub. Futbolçumuzun komandası sonda meydandan məğlubiyyətlə ayrılıb - 1:3. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb. Komandasının yeganə qolunun müəllifi də Renat olub. Belə ki, 28-ci dəqiqədə hesabı açan futbolçumuzun komandası sonradan 3 top buraxmaqla meydanı məğlub tərk edib.

 

Qeyd edək ki, "Ayntraxt" hazırda 3 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb. 

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>