Sizin link burada

Arda və Əmrə yenidən Türkiyə millisinə qayıtdı

Türkiyə millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Ukrayna və Xorvatiyaya qarşı keçirəcəyi oyunlar üçün heyət bəlli olub.

 

Baş məşqçi Mirça Luçesku heyətdə "Barselona"nın yarımmüdafiəçisi Arda Turana da yer verib. Bununla da Fatim Terimin dövründə yığmada oynamaqdan imtina edən 30 yaşlı yarımmüdafiəçinin milliyə qayıtması rəsmiləşib.

 

Bundan başqa, Luçesku Əmrə Bəlözoğlunu da üç illik fasilədən sonra milliyə dəvət edib.

 

Qapıçılar: Cenk Gönen ("Malaqa"), Harun Tekin ("Bursaspor"), Volkan Babacan ("Başakşehir");

 

Müdafiəçilər: Kaan Ayhan ("Fortuna" Düsseldorf), Şener Özbayraklı ("Fənərbaxça"), Çağlar Söyüncü ("Frayburq"), Mehmet Topal ("Fənərbaxça"), Ömər Toprak ("Borussiya" Dortmund), Serdar Aziz ("Qalatasaray"), Caner Erkin ("Beşiktaş"), İsmail Köybaşı ("Fənərbaxça");

 

Yarımmüdafiəçilər: Əmrə Bəlözoğlu ("Başakşehir"), Selçuk İnan ("Qalatasaray"), Cengiz Ünder ("Roma"), Emre Mor ("Borussiya" Dortmund), Yusuf Yazıcı ("Trabzonspor"), Nuri Şahin ("Borussiya" Dortmund), Okay Yokuşlu ("Trabzonspor"), Ozan Tufan ("Fənərbaxça"), Tolga Cigerci ("Qalatasaray"), Arda Turan ("Barselona"), Hakan Çalhanoğlu ("Milan"), Yunus Mallı ("Volfsburq");

 

Hücumçular: Burak Yılmaz ("Trabzonspor"), Cenk Tosun ("Beşiktaş"), Enes Ünal ("Vilyarreal").

 

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>