Sizin link burada

Millimizin futbolçusu “Boavişta”ya lazım olmadı

Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov klubsuz qalıb. Apasport.az saytının məlumatına görə, millimizin futbolçusu Portuqaliya "Boavişta"sı ilə yollarını ayırıb.

 

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Bu üzdən də Emin azad agent statusu əldə edib. Lakin onun karyerasını harada davam etdirəcəyi bilinmir.

 

Qeyd edək ki, Emin Portuqaliya klubunda 2016-cı ildən çıxış edirdi.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>