Sizin link burada

“Qarabağ” hörmət ediləsi rəqibdi” – Françesko Totti

İtaliya futbolunun və “Roma”nın əfsanəsi Françesko Totti Çempionlar Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib. Apasport.az saytı xəbər verir ki, yayda futbolçu karyerasını bitirən sabiq milli üzvü “canavarlar”ın “Çelsi”, “Atletiko” və “Qarabağ”la eyni qrupa düşməsindən danışıb.

 

Hazırda “Roma” rəsmisi kimi fəaliyyət göstərən Totti bütün rəqiblərə hörmətlə yanaşdıqlarını qeyd edib: “Bilirik ki, “Çelsi”, “Atletiko” və “Qarabağ” hörmət ediləsi rəqiblərdi. Biz həmişə rəqiblərə qarşı bu cür davranmışıq. Ancaq “Roma” ilə oyunlar onlar üçün uğursuz alına bilər”.

 

Qeyd edək ki, “Qarabağ” pley-offda Danimarkanın “Kopenhagen” klubunu mübarizədən kənarlaşdıraraq, Çempionlar Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>