Sizin link burada

Avropanın ən yaxşı futbolçuları bəlli oldu

Avropada 2016/17 mövsümünün mövqe üzrə ən yaxşı oyunçuları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Monakoda baş tutan tədbirdə ötən mövsümün ən güclü qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi və hücumçusunun adı açıqlanıb.

 

Ən yaxşı qapıçı nominasiyasında "Yuventus"un qolkiperi Canluici Buffon qalib olub. Ən yaxşı müdafiəçi adına Madrid "Real"ının kapitanı Serxio Ramos layiq görülüb. "Kral klubu"nun digər oyunçusu Luka Modriç isə keçən mövsümün ən yaxşı yarımmüdafiəçisi seçilib.

 

Ən yaxşı hücumçu nominasiyasında da "Real"ın üzvü qalib olub. Belə ki, Kriştianu Ronaldo bütün rəqiblərini qabaqlayaraq, bu mükafata sahib çıxıb.

 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>