Sizin link burada

"Qarabağ"ın meneceri Monakodan Lent.az-a danışdı - PÜŞKATMADA SON 3 SAAT

 

Xəbər verdiyimiz kimi, bu gün saat 20:00-da Fransanın Monako şəhərində keçiriləcək püşkatma ilə "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olacaq. Püşkatmada “Qarabağ” futbol komandasını klubun baş meneceri Asif Əsgərov təmsil edir.

 

Asif Əsgərov püşkatma öncəsi təəssüratını Lent.az-a danışıb: “Komandamızı Bakıya yola salıb, Kopenhagendən birbaşa Monakoya gəldik. Püşkatma Bakı vaxtı ilə saat 8-də olacaq. 8 komandadan ibarət 4 qrup var. “Qarabağ” 4-cü qrupdadır. 1, 2 və 3-cü potlarda iştirak edəcək rəqiblərimiz ağlımıza gələn - dünyanın ən güclü komandalarıdır. Orada “Real-Madrid”, “Barcelona”, “Atletiko- Madrid”, “Bavariya", “Yuventus”, “Çelsi” və s. kimi güclü klublar. Bunların hər hansı biri ilə rəqib olmaq ehtimalımız var. Hansı komanda ilə rəqib olmaq istəyirik sualına gəlincə, komanda adı çəkmək düzgün olmaz. Komandaların hamısı güclüdür, şərəfdir ki, bu komandalardan 3-ü Azərbaycana gələcək”. 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>