FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

 

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının  Nərimanov rayonunda 10 m² sahədə məişət tullantıları və 6 m² sahədə taxtadan ibarət hasar yanıb. Yüksək temperaturdan bitişik 13 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində quraşdırılmış 2 ədəd kondinsioner qismən, binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60 m² olan eyvanın plastik pəncərəsi əriyib.

 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

***

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.​

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>