Sizin link burada

Azərbaycandan Həcc ziyarətinə kvotadan artıq sayda zəvvar gedəcək

 

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarların sayı kvotadan artıq olacaq.

 

APA-nın məlumatına görə, Həccə nəzərdə tutulan kvotadan 300 nəfər artıq zəvvar yola düşəcək.

 

Xatırladaq ki, builki kvota 600 nəfər nəzərdə tutulmuşdu. Hazırda isə 900 azərbaycanlı zəvvar ziyarətə hazırlaşır.

 

Qeyd edək ki, ziyarət sabahdan – avqustun 24-dən başlayır. Kvota aşılsa da, bu il zəvvarların sayı ötən ildən azdır. 2016-cı ildə Azərbaycandan 1040 zəvvar Həcc ziyarətində olub. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız Qafqaz Müsəlmanları İdarəsidir. 

 

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>