Sizin link burada

Ağdam sakini həmkəndlisini xəstəxanalıq etdi

Ağdam sakini ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

 

APA-nın Qarabağ muxbirinin xəbərinə görə, Gül Baharlı kənd sakini, 57 yaşlı Xanlar Cəfərov kəllə-beyin travması ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Məlumata görə, məişət zəminində baş verən mübahisə nəticəsində kənd sakini Ramil Quliyev X.Cəfərova bel ilə iki zərbə endirib.

 

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində cinayət işi açılıb.

LENT

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>