Sizin link burada

Ağdamda “VAZ” piyadanı vurdu

 Ağdamda avtomobil piyadanı vurub.

 

APA-nın Qarabağ muxbirinin xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

 

Rayon sakini Ələkbər Nəcəfov idarə etdiyi 02 BK 156 dövlət nömrə nişanlı  “VAZ” 2107 markalı minik maşını ilə  32 yaşlı Mehdiyev Elnur İsa oğlunu vurub. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər E.Mehdiyevin vəziyyətinin  orta ağır olduğunu bildirib.

 

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

LENT

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>