Sizin link burada

Bıçaqlanan Gəncə sakini xəstəxanaya gedərkən qəzaya düşdü

Gəncə sakini bıçaqlanıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini,  1975-cı il təvəllüdlü Sərdar Məmmədov qonşusu ilə mübahisə edən zaman qarın nahiyəsindən bıçaqlanıb. O xəstəxanaya getmək üçün sükan arxasına əyləşib. Çoxlu qan itirən sürücü yolda idarəetməni itirib və “Honda” markalı avtomobil ilə şəhərin Nizami Gəncəvi küçəsində qəzaya uğrayıb. Ağır bədən xəsarətləri alan S. Məmmədov dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Bundan başqa avtomobildə olan bacısı, 1963-cü il təvəllüdlü Mehriban Məmmədova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

LENT

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>