Ağstafada polis əməkdaşı bıçaqlandı

Ağstafada bıçaqlanma olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  rayon Polis Şöbəsinin əməliyyatçısı , 1994-cü il təvəllüdlü Nurlan Vəliyev ənsə nahiyəsinin və göz ətrafı nahiyənin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirlir.

 

Məlumata görə, hadisə Qazax rayonu ərazisində yanacaqdoldurma məntəqələrinin birində qeydə alınıb. Polis əməkdaşını bıçaqlayan şəxsin kimliyinin məlum olduğu bildirilir. Hazırda onun saxlanılması istiqamətində polis şöbəsində əməliyyat tədbirləri həyata keçirilir.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>