Cüdoçularımız universiada ilk qızıl medalı qazandı

Taypey şəhərində keçirilən tələbələrin universiadasında cüdo yarışlarına start verilib. Lent.az xəbər verir ki, oyunların ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edən Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək universiadanın qalibi adına layiq görülüb. Cüdoçumuz Almaniya, Latviya, Bosniya-Herseqovina, Rusiya və Yaponiya idmançılarına qalib gələrək qızıl medal qazanıb. Taypeydə Azərbaycan cüdoçusunun şərəfinə dövlət himnimiz səsləndirilib və üç rəngli bayrağımız qaldırılıb.

LENT

24 Sentyabr 2017

Digər xəbərlər >>>