Sizin link burada

Gədəbəydə Heydər Əliyev Mərkəzinin açılışı olub

Bu gün Gədəbəydə Heydər Əliyev Mərkəzinin açılışı olub. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, prezident İlham Əliyev açılışda iştirak edib.  

 

Dövlət başçısı Heydər Əliyev Mərkəzinin binasının rəmzi açılışını bildirən lenti kəsib. Foyedə Heydər Əliyevin və prezident İlham Əliyevin Gədəbəy rayonuna səfərlərini əks etdirən fotolardan ibarət stendlər quraşdırılıb. Mərkəzin yerləşdiyi ərazidə hündürlüyü 70 metr olan bayraq dirəyi ucaldılıb. Bayraq dirəyinin ay-ulduz formasında inşa olunmuş postamentinin üzərində Azərbaycan Respublikasının gerbi, xəritəsi və dövlət himninin sözləri əks etdirilib.   Məlumat verilib ki, ümumi sahəsi 3500 kvadratmetrdən çox olan Heydər Əliyev Mərkəzinin tikintisi yüksək səviyyədə həyata keçirilib. Mərkəzdə Heydər Əliyevin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, tarixi sənədlər və fotoşəkillər nümayiş olunur.  Rəqs zalının, elektron kitabxananın yaradıldığı Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 242 yerlik konfrans zalı da var. Bundan əlavə, Mərkəzdə rəsm, foto və poliqrafiya studiyaları, heykəltaraşlıq dərnəyi, intelektual oyun otağı, saz emalatxanası, həmçinin ingilis, rus və fransız dilləri kabinetləri, o cümlədən ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərəcək. Gədəbəydəki Heydər Əliyev Mərkəzində Vətəndaşlıq Vəziyyəti Aktlarının qeydiyyatı otağı yaradılıb. Burada nikaha daxil olmaq istəyən gənclərin qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinəsi aparılacaq və onlara tibbi arayışlar veriləcək.

LENT

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>