Həftənin ilk iş günü üçün HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, şimal-şərq küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.   Havanın temperaturunun gecə  22-25° isti, gündüz  31-36° isti, Bakıda gecə  23-25° isti, gündüz  34-36° isti olacağı gözlənilir.Atmosfer  təzyiqi 758  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 65-70 %, gündüz 40-45 %  olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26°,Türkan, Hövsan, Sahil, Şıxda  26-27° isti təşkil edəcək.            

 

Azərbaycanın rayonlarına gəlincə, avqustun 21-də hava şəraiti əsasən yağmursuz. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  19-24°, gündüz  33-38° isti,  dağlarda gecə 14-19°, gündüz  23-28° isti olacağı gözlənilir.

LENT

24 Sentyabr 2017

Digər xəbərlər >>>