“Kopenhagen”in baş məşqçisi “Qarabağ”dan danışdı

“Qarabağ”la qarşıdakı matçda “Senderyuske” ilə görüşdə sərgilədiyimiz oyun səviyyəsini 1-ci dəqiqədən düz 90-cı dəqiqəyədək saxlamalıyıq”. Lent.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Kopenhagen”in baş məşqçisi Stal Solbakken Danimarka superliqasında “Senderyuske”yə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra deyib.  “Əgər belə olarsa, növbəti mərhələyə adlaya bilərik” – deyə o vurğulayıb.  

 

Xatırladaq ki, “Kopenhagen” – “Qarabağ” matçı avqustun 23-də keçiriləcək. Bu komandaların Bakıdakı ilk oyununda Ağdam klubu 1:0 hesabı ilə qələbə qazanıb.

LENT

24 Sentyabr 2017

Digər xəbərlər >>>