Şahdağ Millli Parkındakə yanğın söndürülüb - YENİLƏNİB

Qəbələ rayonu, Tikanlı kəndində Şahdağ Milli Qoruğunun ərazisində 0,35 ha sahədə talalıq, ağac qırıntıları və qurumuş ağac kötükləri yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, meşə zolağı yanğından mühafizə olunub.  

 

Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

 

 

*****

 

10:28

 

Şahdağ Millli Parkında yanğın hadisəsi olub. Lent.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanğın Qəbələ rayonunun Tikanlı kənd ilə sərhədində, saat 08:45-də başlayıb. Dərhal hadisə barədə Fövqəladə Hallar Nazirliyinin yerli strukturuna məlumat verilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri əl əməyindən istifadə etməklə yanğının söndürülməsinə cəlb olunub. Yanğın təxminən 1 hektar kolluq ərazini əhatə edib. Hazırda yanğın lokallaşdırılmaq üzrədir. 

LENT

24 Sentyabr 2017

Digər xəbərlər >>>