Sizin link burada

Daha bir şəhər İŞİD-dən azad edilir - ƏMƏLİYYAT BAŞLADI

İraq ordusu Telafər şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatına başlayıb.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bunu İraq baş naziri Haydar əl-İbadi bəyan edib.

 

İraq baş naziri terrorçuların təslim olmaq və ölüm arasında seçim etmək imkanı olduğunu söyləyib.

 

Qeyd edək ki, türkmən şəhəri olan Telafər 2014-cü ildə İŞİD-in nəzarətinə keçib. Telafər İraqda İŞİD terrorçularının nəzarətində olan son böyük şəhərdir. Telafər Mosulla Suriya sərhədi arasında strateji mövqedə yerləşir. 

LENT

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>