ABŞ-da mitinqdə 27 nəfər saxlanıldı

ABŞ-ın Boston şəhərində söz azadlığına dəstək üçün təşkil olunmuş mitinqin 27 iştirakçısı  saxlanılıb. APA-nın “Qazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  “Boston Globe “ nəşri məlumat yayıb.

 

Məlumata görə, saxlanılanlara qarşı xuliqanlıq və digər pozuntularla bağlı ittihamlar irəli sürülüb. Polis bəzi şəxslərin qarşıdurma yaratmaq cəhdinə görə saxlandıqlarını bildirib.

 

Aksiya zamanı asayişi 500-dən çox polis əməkdaşı qoruyub.  

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>