Ağdaşda 6 otaqlı ev yandı

Ağdaş rayonu, Yuxarı Ləki kəndində yanğın qeydə alınıb.

 

Lent.az-ın FHN-ə  istinadən verdiyi xəbərə görə, Ağdaş rayonu, Yuxarı Ləki kəndində ümumi sahəsi 400 m2 olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

 

Evə talvar və tövlə yanğından mühafizə olunub.

 

Yanğın saat 17:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>