Sizin link burada

Peterburqda maşın izdihama çırpıldı: ölən və yaralananlar var

Rusiyanın Sankt Peterburq şəhərində avtomobil piyadalara çırpılıb, nəticədə bir qadın ölüb, üç nəfər isə xəsarət alıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident ötən gün axşam saatlarında şəhərin Promışlennaya küçəsində baş verib.  

 

““Volkswagen Polo” markalı avtomobil naməlum səbəbdən idarəetməni itirərək piyadalara çırpılıb. Yol qəzası nəticəsində bir qadın ölüb, daha üç nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Sürücü saxlanılıb”, - deyə məlumatda bildirilir. 

LENT

20 Yanvar 2018
19 Yanvar 2018

Digər xəbərlər >>>