Kral 400 terrorçunu əfv etdi

Mərakeş kralı VI Məhəmməd terrorçuluq ittihamı ilə məhkum edilmiş 400-dən çox şəxsi əfv edib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əfv fərmanı Mərakeş inqilabının 64-cü ildönümü ilə əlaqədar imzalanıb.

 

“Məhkumlar milli dəyərlərə rəsmi olaraq sadiqliyini ifadə ediblər, ekstremizm və terrorçuluqdan imtina etdiklərini bəyan ediblər, habelə həbsdə olduqları müddətdə yaxşı davranış nümayiş etdiriblər”, - deyə Mərakeş Ədliyyə Nazirliyinin bəyanatında bildirilir.  

 

Qeyd edək ki, iyulun sonunda Mərakeş kralı VI Məhəmməd etirazlarda iştiraka görə həbs olunmuş 1200 məhbusu əfv edib. 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>