Sizin link burada

"KamAZ" və ev yandı

Bakıda iki yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  paytaxtın Qaradağ rayonunda vətəndaşa məxsus "KamAZ" markalı yük avtomobilinin kabinəsi yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Bakının Sabunçu rayonunda ümumi sahəsi 90 m2 olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı 2 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>