Prezident: "Bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır"

Azərbaycanda bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır.Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, bunu Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışı zamanı Azərbaycan prezidenti İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.

 

"Bu il ölkəmizdə yüzlərlə kəndə yol çəkilir. Bu ümumi layihənin şərti adı “Qırx yol” layihəsidir. Bu, qırx layihədən ibarətdir, amma hər bir layihə bir neçə kəndi əhatə edir. Misal üçün, bir layihə 11 kəndi, digər layihə isə beş kəndi əhatə edir. Yəni, “Qırx yol” layihəsi bir il ərzində yüzlərlə kəndi əhatə edir. Gələn il biz daha da çox kəndi əhatə edəcəyik. Beləliklə, ölkəmizdə bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır. Magistral yolların layihələri demək olar ki, başa çatır, şəhərlərarası yolların böyük hissəsi öz həllini tapıbdır. İndi kəndlərarası yollar da salınır. Yol infrastrukturuna görə Azərbaycan indi dünya miqyasında qabaqcıl yerdədir", - deyə prezident bildirib.

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>