Prezident "Azərsu"ya 11,8 milyon manat ayırdı - Sərəncam

Prezident İlham Əliyev Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Salyan şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 11,8 milyon manat ayrılıb.

 

Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməsi Maliyyə Nazirliyinə, sərəncamdan irəli gələn məsələləri həll etməsi Nazirlər Kabinetinə tapşırılıb.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>